• (+994) 50 523 63 63 - Reservation *5353
  • Re-examination - (+994) 51 761 56 36

Lasik

Lasik, İntralase, PRK, No Touch, Waverfroit, Femto Lasik

Lasik, Lasek, No-Touch

Lasik göz əməliyyatları xüsusi ilə miopiya, astiqmatizm, hipermetropiya kimi eynək ehtiyacı yaradan görmə    qüsurlarının müalicəsi üçün tətbiq olunur. Mərkəzimizdə bu əməliyyatlar yeni nəsil texnologiya Femto Laser və Excimer laser istifadəsi ilə aparılır.

Lazer əməliyyatları ilə bağlı ümumi məlumat almaq üçün 050-211-27-88 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Lasik göz əməliyyatları ilə bağlı ən çox verilən suallar bunlardır:

  • Lasik və Lasek əməliyyatının məqsədi nədir?

Lasik və Lasek əməliyyatı zamanı oftalmoloq tərəfindən eksimer-lazer tətbiq olunaraq buynuz qişanın ön səthi yenidən şəkilləndirilərək miopiya ,hipermetropiya və astiqmatizim düzəldilər.

  • Lasik və Lasek no touch arasında nə fərq var ?

Lasik sırasında buynuz qişanın ön səthindən intralase ilə (bıçaqsız lazer) incə bir təbəqə qaldırılır və alt tərəfə exsimer lazer tətbiq olunaraq buynuz qişa istənilən şəklə gətirilərək nömrə düzəldilir.L asek-də isə daha incə bir təbəqə qaldırılır və buna görə də sağalma daha yavaş olur. No touch-da incə təbəqə lazerlə qaldırılır. Hansı əməliyyatı seçməliyəm deyə soruşsanız öncəliklə həkiminizin məsləhətini dinləyin. Ümumən xəstənin göz xəritəsi Lasik üçün uyğundursa, Lasik üsuluna üstünlük verilir. Çünki Lasik əməliyyatı olan xəstələr bir neçə saat ərzində normal həyatlarına dönə bilirlər.

  • No-touch nədir ?

No-touch dedikdə PRK və ya Lasek əməliyyatının tətbiq olunması nəzərdə tutulur.

  • Lasik əməliyyatı hər 2 gözdə eyni anda aparıla bilər ?

Bəli, xəstələrin demək olar ki, hamısında bu əməliyyat eyni gündə hər 2 gözdə aparılır.

  • Lasik olanlar gələcəkdə katarakta əməliyyatı oluna bilərlər ?

Bu ən çox soruşulan suallardan biridir. Lasik gənc yaşlarda aparılan bir əməliyyatdır. Katarakta isə irəli yaşlarda görülür. Lasik əməliyyatı olanlar lazım olarsa, katarakta və ya digər göz əməliyyatları ola bilərlər.

  • Lasik necə aparılır ?

Lasik olacaq xəstələrimizin göz həkimi tərəfindən göz müayinəsi aparıldıqdan sonra “Pentacam, Orbscan və Allegro Topolyver-Analyzer” aparatları ilə dəyərləndirilir. Lasik üçün uyğun olan xəstələrə əməliyyat haqqında məlumat verilir və əməliyyat günü təyin olunur. Əməliyyat günü gələn xəstələr yenidən müayinə edilərək lazer otağına alınır. Gözün ön təbəqəsi damcılar ilə keyləşdirildikdən sonra intralase Femto lazerlə incə təbəqə qaldırılır. Bu işləm əsasında yüngül basqı hissiyyatı olur amma ağrı hissi olmur. Daha sonra xəstəyə qırmızı işığa baxması söylənilərək Lasik əməliyyatı aparılır. Cihazımızda gözün hərəkətlərini izləyən eye-tracker sistemi olduğuna görə xəstənin gözünü oynatması əməliyyata təsir etmir. Əməliyyatın növbəti günü xəstələr normal həyatlarına geri dönə bilirlər.

  • LASEK necə aparılır?

LASEK üçün aparılan bütün işləmələr eynidir. Təkcə İntralase tətbiq olunmur.

Sağalma müddəti 1 həftədir.

  • Kimlərə Lasek olmaz?

Keratokonus, incə buynuz qişası olanlar nəzarətsiz qlaukoma və ya şəkərli diabet xəstəliyi olan xəstələrdə əməliyyat aparılmır.

  • Kontakt linza   istifadə edirəm, nə etməliyəm ?

Kontakt linza istifadəçisi olan xəstələrə də LASİK və ya LASEK əməliyyatı olar. Lasik irəlidə bu əməliyyatı düşünürsüzsə bir neçə ay öncədən bu linzaların istifadəsini dayandırmağımız məsləhət olunur.

  • Gözüm Lazer üçün uyğun deyilsə nə etməliyəm ?

Görmə pozğunluğu çox yüksək dərəcədə olsa və ya buynuz qişa çox incə olduğunda LASİK olmaz. Bu zaman alternativ olaraq Fakik İOL və ya Clear lens adı verilən göziçi linzalar tətbiq oluna bilər.

Lasik daha tez sağalır və ağrısızdır. Niyə LASEK olmalıyam ?

  • - İlk seçimimiz Lasik-dir,Lasik bəzi xəstələrin buynuz qişası incə olduğu üçün Lasik-ə uyğun gəlmir. Bundan əlavə LASEK olan xəstələrin əməliyyat olunmasının anlaşılması daha sonrakı göz müayinələrində çox çətindir. Bunu istəyən xəstələr LASEK əməliyyatı seçə bilərlər.

Görməm əməliyyatdan sonra nə zaman düzələr ?

  • Lasik sonrası görməniz 3-4 saata düzəlməyə başlayır. LASEK və no touch əməliyyatında isə düzəlmə 7-10 gün çəkə bilər. Tam sağalma 6 ay ərzində olur və silinən nömrələr bir daha geri qayıtmır.

Əməliyyat sonrası işimə nə zaman geri dönə bilərəm ?

  • Lasik əməliyyatından sonrakı gündən etibarən işinizə dönə bilərsiniz. Amma çox gigiyenik olmayan, tozlu şəraitdə çalışırsınızsa bir neçə gün ara vermək məsləhət görülür.