• (+994) 50 523 63 63 - Reservation *5353
  • Re-examination - (+994) 51 761 56 36

Ağıllı linzalar (Multifocal lens)


Mərkəzimizdə “Ağıllı linzalar”deyə adlandırılan multifocal linzaları uyğun xəstələrə tətbiq olunur. Bu linzalar xəstələrin yaxını və uzağı eynəksiz görə bilmələri üçün 40 yaş üzərində xəstələrə məsləhət olunur. Xüsusilə həm yaxın, həm də uzaq eynəyi istifadə edən və ya yaxın eynəyi istifadə etmək istəməyən xəstələr bu əməliyyatdan çox razı qalırlar. Əməliyyatdan sonra bu xəstələr eynəksiz kitab oxuya bilir, kompyuter istifadə edə bilir və televizor izləyə bilirlər. Linzaların ömrü yoxdur. Göz nömrələri əməliyyatdan bir müddət sonra stabilləşir və artıq dəyişmir. Əməliyyat orta hesabla 5-10 dəqiqə sürür və yerli anesteziya altında aparılır.

Ağıllı linza əməliyyatı sonrasında xəstəxanada qalmağınıza ehtiyac yoxdur, evinizə rahatlıqla gedə bilirsiniz. İki gözün əməliyyatı arasında fasilə nə qədər qısa olsa, adaptasiya daha tez olar. Sağalma sürətli olur, qısa müddətdə normal həyatınıza qayıdırsız.

Əməliyyatı olacaq xəstələrə hansı linzanın qoyulmasına bəzi kriteriyalara baxılaraq göz həkimi qərar verir. Görmə mərkəzində və ya buynuz qişasında hər hansı pozğunluq olduqda və “tənbəl” gözlərə ağıllı linza olmaz. Bu əməliyyat barədə geniş məlumat almaq üçün 070-523-63-63 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.