• (+994) 50 523 63 63 - Reservation *5353
  • Re-examination - (+994) 51 761 56 36

ÇƏPGÖZLÜK

Çəpgözlük gözlərin paralelliyinin itməsidir. Hər gözün 6 ədəd xarici əzələsi var. Bu əzələlərdən biri və bir neçəsi daha güclü və ya daha zəif olduğu zaman çəpgözlük yaranır. Bir göz düz baxan zaman, o biri göz içəri, xarici, yuxarı və ya aşağı baxır. 
Çəpgözlüyün müalicəsində erkən diaqnoz çox vacibdir. Əgər gözün ilk müayinəsi keçikibsə, uşağın gözünün zəif görməsindən başqa estetik problemlər də yaranır. Körpələri doğuşdan sonra dərhal pediatrik oftalmolog yoxlamalıdır. Üşaqlıq dövründə uşaqlar hətta gözlə bağlı belə şikayətləri olmadığı halda mütəmadi yoxlanılmalıdır. 

Çəpgözlüyün səbəbləri

Çəpgözlüyün səbəbi bir deyil. Mürəkkəb hamiləlik dövrü, ağır doğuş, körpənin inkişafı və xəstəlikləri çəpgözlüyə gətirib çıxara bilər. Çəpgözlüyün yaranmasında genetik meylliyin də rolu ola bilər. Əgər ailənin hansısa üzvünün gözlərində çəpgözlük varsa, ehtimal ki, uşağa da bu xəstəlik keçə bilər.

Çəpgözlüyün əlamətləri

  • Gözlərin qeyri-paralelliyi
  • Gözlərin sulanması
  • Ağrı
  • Baş ağrısı
  • İkili görmə
  • Üç ölçülü görmə itkisi
  • Bulanıq görmə
  • Başın və ya üzün bir tərəfə dönməsi
Körpəlik və uşaqlıqda sezilən yayınmalar yalançı çəpgözlükdür. Yalançı çəpgözlük, göz qapaqlarının və burun kökünün genişliyi ilə yaranan çaşdırıcı bir görünüşdür. Bu halı tam yoxlamaq üçün göz müayinəsindən keçmək vacibdir.
Eyni gözdə daima yayınma gözün zəif görməsindən xəbər verir və məhz buna görə çox mühümdür. Bundan irəli gəlir ki, bir gözdə yayınma müşahidə olunan körpə və ya uşaq dərhal göz müayinəsini keçməlidir.

ÇƏPGÖZLÜYÜN MÜALİCƏSİ

Çəpgözlük bir neçə səbəbdən qaynaqlandığına görə, onun müalicəsi də xəstədən xəstəyə fərqlənir. Çəpgözlük, istənilən yaşda müalicə oluna bilən göz xəstəliyidir.

Eynəklə müalicə

Çəpgözlüyün bəzi növləri refraktiv xətalar sayəsində inkişaf edir. Pasiyent eynək taxmağa başladıqda çəpgözlük korrektə olunur. Bu növ çəpgözlüyün müalicəsi eynəklərlə yetərlidir.

Qapama müalicəsi

Bu müalicə üsulu xəstənin tənbəl gözü olduğu halda tətbiq edilir.

Ortoptik müalicə

Ortoptik müalicə üsulu, göz əzələlərinin fiziki terapiyası əsasında aparılır. Bəzi əzələlərin möhkəmlənməsi, iki gözlə görmə qabiliyyətinin gücləndirilməsi məqsədi ilə aparılır. İki gözlə görmə qabiliyyətinin gücləndirilməsi dərinlik qavrayışını sabitləşdirir və ya qazandırır. Gözlərimizin bu funksiyası, gözlərin paralel olmasını təmin etdiyi kimi, gündəlik həyatımız üçün kifayət qədər önəmlidir. 

Cərrahi müdaxilə

Anadangəlmə çəpgözlük əksər hallarda eynəyin taxılmasını tələb etmir, körpə erkən mərhələdə (6 aylıqdan 1 yaşadək) əməliyyat olunmalıdır. Çəpgözlük bir çox hallarda təxminən 2-3 yaşda olan uşaqlarda yaranır və eynək vasitəsi ilə tam sağalır. Cərrahi müdaxilə, eynəklə sağala bilməyən çəpgözlük halları üçündür. Çəpgözlüyə qarşı cərrahi əməliyyatlar əksər hallarda ümumi anesteziya altında aparılır. Anesteziya, pediatrik anesteziya sahəsində ixtisaslaşmış həkim tərəfindən təmin edilir. Çəpgözlüyün erkən mərhələdə müayinəsi və müalicəsinin köməyi ilə tənbəl gözün qarşısını almaq və 3 ölçülü görməyə nail olmaq imkanı əldə edilir. 

Botoks

BotulinumToksin (BOTOX) maddəsi bəzi hallarda çəpgözlüyün müalicəsi üçün istifadə edilir. İfliclə bağlı çəpgözlük hallarında, əməliyyat olmuş, lakin tam sağalmamış xəstələrdə və boğaz uru sayəsində çəpgözlükdən əziyyət çəkən xəstələrdə botoks effektivdir və tətbiq oluna bilər. 

Latent (gizli) çəpgözlük

Latent çəpgözlük, yalnız gözlərin birini qapadıb digərində çəpgözlüyün müşahidə olunmasına deyilir. Latent çəpgözlük Türkiyədə yayılmış göz xəstəliyidir. İki göz açıq vəziyyətdə olan zaman, beyin birləşdirici mexanizmin köməyi ilə gözləri paralel olmasını təmin edir. Lakin bir göz bağlanan zaman bu mexanizm pozulur, qapalı gözdə sürüşmə baş verir. Latent çəpgözlük müvafiq eynəklər və ortoptik çalışmalar ilə müalicə oluna bilər.

Anadangəlmə çəpgözlük

Anadangəlmə çəpgözlük halları 3-6 ay və 1 yaş arasında körpələrdə yaranır. Sürüşmə bucağı çox böyük və, demək olar ki, hər kəs tərəfindən sezilə bilir. Adətən belə çəpgözlük halları refraktiv xətalar (hiperopiya və s.) nəticəsində inkişaf etmir. 

Əzələ iflici ilə bağlı çəpgözlük

Əzələ iflici uşaqlıq və yeniyetmə dövrünə təsadüf edir, travma, xüsusi ilə baş zədəsi, mürəkkəb doğuş və yüksək temperatur nəticəsində baş verir. Bəzi hallarda bu iflic başda şişin, kistanın və ya quruluş pozğunluğu nəticəsində inkişaf edir. Böyüklərdə bu xəstəliyin səbəbi travma, və ya diabet, qalxanvari vəzinin xəstəliyi, MS kimi mərkəzi sinir sisteminə təsir göstərən xəstəliklər ola bilər. 

Yaşlı xəstələrdə çəpgözlük 

Körpəlikdə nadir hallarda özünü büruzə verən, uşaqlıq və yeniyetməlik dövründən başlayan çəpgözlük xəstəliyi. Belə hallarda tez-tez xarici çəpgözlüyə rast gəlmək olur. Başlanğıcda fasiləli olur, çəpgözlük daima müşahidə olunmur; xəstənin gözü daldıqda, və ya xəstə uzağa baxan zaman çəpgözlük özünü büruzə verir. 

GÖZ TİTRƏMƏSİ (NİSTAQM)

Göz titrəməsi (nistaqm) gözlərin qeyri-iradi hərəkətinə deyilir. Bu xəstəlik anadangəlmə ola bilməsi ilə yanaşı körpəlik və ya daha sonradan yarana bilər. Nistaqm xəstəliyinin səbəbi bir deyil. Bu xəstəliyin bir çox səbəbləri ola bilər. Xəstəlik görmə qabiliyyətinə təsir etmədən inkişaf edə bilər. Körpənin başının titrəməsi bu xəstəlik haqqında xəbər verir.